24 May 2023

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı verib

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı ilə əlaqədar İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

Siyasi şərhçi: Paşinyanın həqiqəti dilə gətirməsi diplomatiyamızın növbəti uğurudur

Ermənistan rəhbərliyi gec də olsa dərk etdi ki, təxribatlar, terror aktları törətməyin sonu yoxdur. İkinci Qarabağ döyüşlərində ağır məğlubiyyətə uğrayan və kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistanın siyasi və hərbi rəhbərliyi bundan sonra Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyəcəklərini dərk etdilər. Məğlubiyyətdən bir müddət sonra fəallaşan revanşistlərin də bütün cəhdləri uğursuz oldu. Sərhədboyu ərazilərdə təxribatlar törədən erməni silahlı birləşmələri yerindəcə susduruldu.

Baş Qərargah rəisi Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ilə görüşüb

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev həmin ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Litva ilə perspektivli əməkdaşlıq strateji tərəfdaşlıq prinsiplərinə uyğundur

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb.