İftixar Piriyev rəzaləti İrəvan teatrında davam edir
Bu gün tanınmış jurnalist, 2014-cü ildən fəaliyyəti dayandırılmış "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının 60 yaşı tamam olub. O, 1957-ci ilin 4 oktyabrında Bakıda məşhur yazıçı İsmayıl Şıxlının ailəsində doğulub. Modern.az saytı tanınmış jurnalistdən yubiley yaşı ilə əlaqədar müsahibə alıb.
- Elçin müəllim, bu gün yubiley yaşınızı qeyd edirsiz. 60 il əvvələ qayıdıb ötən günləri analiz edə bilirsinizmi?
Dəyərli oxucular! 16 sentyabr 2007-ci ildə “Reytinq” qəzetinin 35 (424) sayında səhifə 22-də İftixar Piriyevin əməlləri ilə bağlı geniş reportaj çap olunubdur. Fikrimizcə bu yazı elə bu gün də öz aktuallığını saxlayır. Ona görə də yazını yenidən yayınlamaq qərarına gəldik.
Xalq artisti Tariyel Qasımov: “İftixar Piriyevin dövlət pulunu mənimsəməsi ilə bağlı əlimdəki bütün sənədləri Əbülfəs Qarayevə verdim”
Bu ilin yekununda Azərbaycanda inflyasiya 14% təşkil edəcək. Bunu “Reuters” agentliyinə müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbəyov deyib.
Onun sözlərinə görə, manatın məzənnəsi sabit qalarsa və tariflər artırılmazsa, gələn il qiymət artımı 10% olacaq. Qeyd edək ki, ADB bundan əvvəl 2017-ci ildə Azərbaycanda qiymətlərin 9% artacağını proqnozlaşdırırdı.
Paytaxtda fəaliyyət göstərən tikinti şirkətləri “4,4 % effektiv üsul” adı ilə müştəriləri aldadır. Belə ki, Xırdalan, Yeni Günəşli, Nizami, Yasamal və Biləcəri ərazilərində inşa edilən binalardakı mənzillər bazar qiymətindən dəfələrlə baha qiymətə satılır.Bu barədə axar.az məlumat yayıb. “Melissa Park” kimi inhisarçı tikinti şirkətləri hazırda bu yolla müştəriləri özlərinə cəlb etməyə çalışır.
ABŞ Helsinki Komissiyası və Nümayəndələr Palatası çərşənbə günü postsovet dövlətlərində jurnalistlərə sistemli şəkildə hücumlar barədə dinləmələr keçirəcək. Təşkilatçıların sözlərimə görə, postsovet məkanında avtoritar rejimlər jurnalistlərə sistemli şəkildə hücum edərək, mətbuatı qorxutmağa və susdurmağa çalışırlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.
Bunu Bakıda Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Bunu Bakıda Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Sentyabr ayının sonlarından KXDR-də kommersiya yanacaqdoldurma məntəqələrində Kore Əmək Partiyasının, hökumətin, silahlı qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli şəxsləri istisna olmaqla, bütün müştərilərə benzin satışı dayandırılıb.
2018-ci ildə informasiya texnologiyaları (IT) sahəsində qlobal xərclər 3,7 trilyon dollara yaxınlaşacaq ki, bu da 2017-ci ilə proqnozlaşdırılmış 3,5 trilyon dollarla müqayisədə 4,3 faiz daha çoxdur.
Bu günlərdə Almaniyada Birlik günü qeyd edilir. Ölkənin birləşməsinin 27-ci ildönümü münasibəti ilə təntənəli tədbirlər “Biz birlikdə Almaniyayıq” şüarı altında keçirilir.
Hər zaman onu görəndə istər istəməz üzümdə çox qəribə bir sevinc dolu təbəssüm yaranırdı. Çünki maraqlı bir insan olmaqla yanaşı həm də dostluğa, yoldaşlığa etibarlı birisi idi. Artıq, onu sıralarımızda görmürük. Zalım fələk, amansız ölümün kələyi onu bizdən çox tez alıb uzaqlara apardı. Heç bilməzdim ki, onun haqqında belə tez yazmaq qərarına gələçəm. Sanki buna heç hazır da deyildim. Ançaq, yazmaq qərarına gəldim.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin qanunsuz əməllərinə görə ölkə prezidentinə müraciət etdi
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçirilib.
Avstriyanın başkəndi Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Azərbaycan ilə Avstriya arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında müxtəlif sahələrdə yüksək səviyyədə əlaqələr qurulduğunu bildiribdir.
Hanoy şəhərində Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan musiqisi Vyetnamda” adlı konsert təşkil edilib.
14 nazirlik və 12 büdcə təşkilatının "Azəriqaz"a 32 milyon manat borcu var. "Azəriqaz" İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debütor borc yığılıb. Bu barədə "Azərbaycan respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin kitabxanasında olub. Xəbəri Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi yayıb.
31 avqust 2017-ci il üçün Azərbaycan banklarının filiallarının sayı 560 təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında bildirilir. Bu, 2017-ci ilin əvvəlinə nisbətən 9 filial azdır. Bank şöbələrinin sayı 131-dən 142-yə, bankomatların sayı 2 min 461-dən 2 min 495-ə artıb.
Vergilər Nazirliyi oktyabrın 2-də Turan agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib. Bu barədə Turan agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.
Şahin Xiyavlının sözlərinə görə, İrandakı bəzi etnik cəmiyyətlərin, o cümlədən türklərin Birləşmiş Millətlər Təşkilatında insan haqları üzrə fəaliyyət göstərən təmsilçiləri olmadığı üçün kifayət qədər gündəmdə olmurlar. Norveçdə yaşayan hüquq müdafiəçisi “Amerikanın Səsi” radiosuna müsahibəsində BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinin funksiyası və qeyri-fars toplumların problemlərinin gündəmə gəlməsində təsirini dəyərləndirib.