Bərzaninin son 3 ildə ələ keçirdiyi bütün torpaqları 48 saat ərzində itirdi

 

İraq hökumətinə bağlı olan təhlükəsizlik qüvvələri Kərkük şəhərini PKK və Məsud Bərazniyə tabe olan peşmərgə kürd terror birləşmələrindən azad etdikdən sonra, bu dəfə Mosul şəhərinin Sincar rayonuna nəzarəti ələ keçirib. Kərkükdəki biabırçı və ağır məğlubiyyətdən sonra, Səncar bölgəsində PKK-ya məxsus 30-dan çox hərbi düşəgrə də məhv edilib.
 

Kərkük əməliyyatından sonra, Bərzani ilk dəfə dilə gəldi

Kərkük və digər döyüş bölgələrindən peşmərgənin ağır və sarsıdıcı məğlubiyyətini “ani geri çəkilməsi” kimi dəyərləndirən qondarma “Kürdüstan Muxtariyyatı”nın lideri Mustafa Bərzani bildirib ki: ” Kərkükdə yaşananların səbəbi Kürdüstan bölgəsindəki bəzi siyasilərin birtərəfli hərəkət etməsidir. Belə durum peşmərgələrin geri çəkilməsi ilə nəticələndi. Ərbil və Bağdad arasındakı təmas xətti, Mosulun əldən çıxmasına gətirib çıxardı”.

Xatırladaq ki, terrorbaşı Mustafa Bərzaniyə yaxın dairələrin məlumatına görə, digər kürd lideri olmuş Cəlal Tələbani ailəsi Məsud Bərzanini Kərkükü satmaqda ittiham edibdir.

Cəlal Tələbaninin oglu Lahur Tələbani öz açıqlamasında isə bunları deyib: “Bu savaşa neft oğrusu Mustafa Bərzaninin və onun oğullarının savaşıdır. Onun özü, çevrəsində olanların kürd xalqına heç bir aidiyyatı yoxdur. Ona görə Bərzani istefa verməlidir”.
Belə bir ittihamla toplantıda çıxış edən Lahur Tələbani Bərzanini kürd xalqına xəyanətdə suçlayıb. Böyük peşmərgə gücünə sahib olan Tələbani ailəsi, toplantıda istənilən bölgəni təslim etmək qərarını qəbul edib. Peşmərgə Kərkükün neft olan ərazilərindən və hava limanlarından geri çəkilib.

“Xudaferin.az”a daxil olan bilgilərə görə, Kərkükdən sonra, növbə Mosuldur. İraq Ordusu Məsud Bərzani və ona tabe olan kürd peşmərgələrini daha da sıxışdırmağa başlayıbdır.  Faktiki olaraq, İraqda məskunlaşmış və bir yandan İraq, o biri yandan isə Türkiyə və Suriya üçün böyük təhlükə mənbəyinə çevrilmiş PKK və kürd silahlı peşmərgə dəstələri Sincar və Mahmurda şəhərlərindən tamamilə dışlanılıblar. Durumun bu həddə çatması isə artıq kürdlərə məxsus PKK və digər beynəlxalq terror mərkəzlərinin tamamilə iflasa uğramasına səbəb olmuşdur. Qeyd edək ki, bu arada terrorbaşı Bərzaniyə daha ağır bir zərbə Almaniyadan vuruldu. Almaniya peşmərgəyə yardımı dayandırdığını elan edib. Durumun belə bir həddə çatmasının digər səbəbi isə, Bərzani və onun peşmərgə quldur dəstələrinin nəzarətində olan Ərbil vilayətinin də kürd terror birləşmələrindən tamamilə azad olunması ilə nəticələnir. Ərbil vilayətinin azad edilməsi isə, ümumiyyətlə Orta Doğu siyasətində “kürd faktoru”nun tamamilə iflası deməkdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

10:34