Brüssel görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin irəliləməsi ilə bağlı razılıq əldə olunub

Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında yer alıb.
Bəyanatda qeyd olunub ki, xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib.
Üçtərəfli görüşdə, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələrin aparıldığını bildirən Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.

Xudaferin.eu

23:24