Britaniya saytında Azərbaycan Prezidentinin Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etməsi ilə bağlı yazı yerləşdirilib

Böyük Britaniyanın “Hello” saytında Azərbaycan Prezidenti İlham Əliyevin Kraliça II Elizabetə Qarabağ atı hədiyyə etməsi ilə bağlı yazı yerləşdirilib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalədə Kraliçanın hər zaman xüsusi hədiyyələr aldığı, lakin bu dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi bir hədiyyə təqdim olunduğu qeyd olunub.

Yazıda, 96 yaşlı kraliçanın Vindzor qəsrində Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyətini qarşılayaraq onlara təşəkkür etməsi şəkillərlə birgə paylaşılıb.

Məqalədə azərbaycanlı heykəltəraş Faiq Hacıyevin hazırladığı iki nəfis at heykəli haqqında da məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən bəri Kral Vindzor At Şousunda iştirak etdiyi və bu il keçirilən Kraliçanın Platin Yubileyində Odlar Yurdu adlı şou-kompozisiya ilə çıxış etdikləri məqalədə qeyd olunub.

Aynurə Tağıyeva

Xudaferin.eu

13:23