Bölücü Kataloniya hökumətinin lideri ölkədən qaçdı

 

İspaniyada etnik bölücülük siyasətini rəsmiləşdirmək və bunun üçün referandum keçirməklə bu prosesləri sürətləndirmək istəyən, hal-hazırda barəsində cinayət işi açılan Katahaloniya əyalətinin keçmiş lideri Karles Puçdemonun ölkədən qaçmışdır.
 

Faktiki olaraq, başda İspaniya mətbuatı olmaqla bütün Avropa KİV-lərinin gündənmində olan bu mövzuda o da qeyd olunur ki, K.Puçdemon öz rəsmi instaqram səhifəsi ilə paylaşımda onun ölkədən qaçaraq Brüsselə sığındığını yazılıb.

Belçikanın baş naziri Şarl Mişel yayılan xəbərlərə cavab olaraq deyib ki, Belçika daha əvvəl də K.Puçdemona sığınacaq verəcəyini bildirmişdi: "Məsələni daha da qızışdırmaq lazım deyil. Belçika hökuməti Kataloniya muxtariyyətinin keçmiş rəhbərinin sığınacaq istəməsilə bağlı müraciətini təmin edəcək. İspaniya Karlesin ekstradisiyası barədə qətiyyən düşünməsin".
Qeyd edək ki, Kataloniya etnik bölücülük siyasətinin ən acınacaqlı məqamlarından biri də son bir ayda 1700-dən çox şirkət bu bölgədən çıxmaq qərarını veribdir. Müşahidəçi qismində əksər mütəxəssislər onu da bildirirlər ki, Kataloniyaya etnik bölücülük kimi siyasi oyunlar çox baha başa gələcəkdir. Bölgənin 12 milyonluq əhalisi arasında yaxın vaxtlar böyük bir işsizlik sindromu yaranacaqdır.

Xudaferin.eu
“Avropa Bürosu”  

09:56