Beynəlxalq Boğaziçi film festivalına 17 noyabrda start veriləcək

 

Beynəlxalq Boğaziçi Kino Birliyi və İstanbul Media Akademiyası tərəfindən birgə təşkil edilən növbəti Beynəlxalq Boğaziçi Film Festivalı 17 Noyabrda start götürəcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalda 39 ölkədən 43 bədii və 64 qısa metrajlı olmaqla 107 film göstəriləcək. Festival çərçivəsində Milli və beynəlxalq xüsusiyyətli film yarışmaları təşkil ediləcək.

Münsiflər heyətinə Saraybosnalı məşhur rejissor Aida Begiçin başçılıq edəcəyi beynəlxalq yarışmada, Cannesdən Locarnoya, Berlindən Venedikə qədər bir çox festivalda mükafat qazanmış 10 film yarışaçaq. 8 filmin iştirakı ilə təşkil ediləcək milli yarışmanın Münsiflər heyətinin sədr müavini Derviş Zaim olacaq.

“Cənnətin Uşaqları” və “Cənnətin rəngi” adlı filmi ilə dünyada böyük əks-səda oyandıran İranlı rejissor Məcid Majidinin son filmi "Beyond The Clouds", 5-ci Beynəlxalq Boğaziçi Film Festivalında nümayiş etdiriləcək. Hindistanda çəkilən filmdə iki qardaş arasında ədalət hekayəsi təsvir edilir.

Festivalın digər sürprizi isə maraqla gözlənən filmlərdən "Şeyx Jackson"dur. Misirli rejissor Amr Salamın ilk dəfə Toronto Film Festivalında göstərilən filmində, 2009-cu ildə pərəstişkarı olduğu Michael Jacksonun ölüm xəbəriylə sarsılan bir din xadiminin hekayəsi izah edilir. Bu film Misirin Xarici dildə ən yaxşı film nominasiyasında Oscar namizədidir. Festivalın bir digər əhəmiyyətli qonağı isə "Lost", "Prison Break", "Miami Vice", "Fringe" kimi bir çox dini seriala imza atmış rejissor Bobby Roth olacaq.

Xudaferin.eu

Türkiyə, "İstanbul Bürosu"

 

10:22