“Batka” Putinlə görüşə gedir, Qərb sanksiya hazırlığında - Belarusu nə gözləyir...
Minskdə etirazlar fonunda Rusiya prezidentinin Lukaşenkonu Moskvaya dəvət etməsi kulminasiya sayılır; deputat: “Erkən seçki ola bilər, Lukaşenko qurban verilsə belə, Moskva istəmir ki...”
Belarusda etirazların davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenkonu Moskvaya dəvət edib. İki lider arasında telefon söhbətindən sonra yaxın həftələrdə Moskvada görüş gözlənilir. Bununla Kreml Lukaşenkoya dəstəyini nümayiş etdirib.
Belarus prezidenti seçkilərin saxtalaşdırıldığını inkar edir və etirazların xaricdən dəstəkləndiyini söyləyir.
Bu ölkə postsovet məkanında Rusiyanın ən yaxın müttəfiqidir və ərazisi Moskvanın Avropa müdafiə strategiyasının tərkib hissəsidir.
Eyni zamanda Putin Lukaşenkoya dəstək üçün ehtiyat polis ordusu da təşkil edib. O deməkdir ki, Moskva “Batka”nı sona qədər mühafizə etməyə hazırdır.
Ən əsası Moskvadakı görüşdən sonra Belarusda etirazların hansı ton, hansı rəng və istiqamət alacağı maraq doğurur.
Lidersiz keçən yüzminlərlə insanın iştirak etdiyi mitinqlər hələ ki dinc, iğtişaşsız davam edir, narazı elektorat 26 illik prezidentə “get” deyir.
Son yürüşdə Belarus Daxili İşlər Nazirliyi 125 nəfərin həbs edildiyini açıqlayıb. Avropa İttifaqı artıq yeni sanksiyalara hazırlaşır. Lukaşenko isə Aİ-ni Belarusun Avropa ilə tranzit yollarını kəsməklə hədələyib.
Lukaşenko 1994-cü ildə, müstəqil Belarus tarixində keçirilmiş ilk prezident seçkilərindən sonra hakimiyyət başına gəlib. O, müxalifətlə dialoqa və islahatlara razıdır, amma iqtidardan getməyi düşünmür.
Beləliklə, Belarus da Ukrayna kimi strateji dilemma qarşısındadır: ya ölkədə etirazları dəstəkləyən qərbpərəst qüvvə iqtidara gələcək, Avroatlantik məkana inteqrasiya xəttini seçəcək, ya da Moskvanın qoruduğu Lukaşenko zor gücünə olsa belə hakimiyyətdə saxlanacaq.
Düyün nöqtəsi isə Moskvada iki ölkə prezidentlərinin görüşü olacaq. Bundan sonra Belarus xalqını nə gözlədiyini təxmin etmək olar.
Deputat, politoloq Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, bu gün sözün həqiqi mənasında yeni dünya düzəni formalaşır. Onun fikrincə, artıq böyük dövlətlər arasında rəqabət yeni hala keçir.
Elman Nəsirov
E.Nəsirov hesab edir ki, hər böyük dövlət öz maraqlarını müdafiə etməkdə israrlıdır. Deputatın sözlərinə görə, ilk dəfə Türkiyə də güc mərkəzi kimi fəaliyyətə başlayıb və bu da sevindirici haldır.
Deputat rəsmi Ankara böyük strateji maraqlarını Suriya, Liviya ərazilərində qorumağı bacarır. E.Nəsirov belə güc mərkəzlərindən birini də Rusiya sayır:
“Gözümüzün qarşısında Ukrayna nümunəsi var. Rusiya bu mübarizədə daha zəif olduğundan Krımı götürdü, Donbas və digər əraziləri ələ keçirdi.
Belə bir təcrübəyə malik Rusiyanın Belarus hadisələrinə kənardan müşahidəçi qalması, öz maraqlarını müdafiə etməməsi əlbəttə ki, səthi yanaşma olardı.
Moskva Minskdə gedən prosesləri diqqətlə nəzarətdə saxlayır və öz maraqlarını sona qədər müdafiə etmək istəyini ortaya qoyur.
Burada söhbət heç də Rusiya hakimiyyətinin Belarus iqtidarına simpatiyasından getmir.
Hətta deyərdim ki, Putinin Lukaşenkodan bir o qədər xoşu gəlmir. Sadəcə, Rusiyanın Belarusda strateji maraqları var və Kreml hesab edir ki, hazırkı prezident getsə, qərbyönümlü qüvvələr iqtidara gələcək".
Siyasi ekspert deyir ki, Ukrayna kimi Belarusun da Rusiya ilə olan strateji maraqların üstündən xətt çəkməsi riski var:
“Yeni gələn qərbyönümlü qüvvə bu siyasi kursu seçə bilər. Ona görə Rusiya bütün vasitələrdən istifadə edəcək. Hətta Belarusa hərbi qüvvə yeridə bilər.
Bu mənada Putinin hadisələrə 20 gün sonra mövqe bildirməsi, Belarusla bağlı güzəştsiz siyasət həyata keçirməsi təsadüf sayıla bilməz. Moskva üçün Lukaşenko hakimiyyətini saxlamaq həyati əhəmiyyətli məsələyə çevrilib".
Deputat istisna etmir ki, o dövrdə Ukrayna xalqının tutduğu dəyişməz mövqe nəzərə alınaraq, Belarusda da erkən seçkiyə gedilə bilər:
“Bu seçkilərdə Lukaşenko qurban verilmiş olsa belə, Moskva istəmir ki, yerinə qərbpərəst siyasətçi gəlsin.
O baxımdan Putin Belarusa yeni kadr gətirə bilər. Çünki Belarusdakı iqtidarın rusyönümlü olması strateji məsələdir".

xudaferin.eu
09:59
Digər xəbərlər