Baş nazirin müavini: Möhtəşəm Zəfərimizi son onilliklər ərzində yaşadığımız nailiyyətlərin məntiqi nəticəsi hesab etmək olar

Azərbaycan vətəndaşları bu günü gələcəkdə daha da inkişaf edəcək Azərbaycanın etibarlı bünövrəsi hesab edirlər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda tədbirdəki çıxışında söyləyib.

Ə.Əhmədov bildirib: “Qazandığımız möhtəşəm Zəfər həm siyasi, həm geosiyasi, həm də təhlükəsizlik məzmununa malikdir. Bu baxımdan, əldə etdiyimiz hər bir nailiyyət mahiyyət etibarilə gələcək uğurların bünövrəsi rolunu oynayır. Möhtəşəm Zəfərimizi son onilliklər ərzində yaşadığımız nailiyyətlərin, uğurların məntiqi və alternativsiz nəticəsi hesab etmək olar.

Baş nazirin müavini qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq kimi yeni statusa sahib oldu. Bu da Azərbaycanın yeni nailiyyətlər əldə etməsi üçün baza yaradır. Azərbaycan işğal altındakı torpaqlarını öz gücü hesabına geri qaytarmaqla qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Xudaferin.eu

15:57