Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xudaferin.eu

16:34