Baş nazir Əli Əsədov Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb

Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xudaferin.eu

23:51