Baş Klinik Hospitalda elmi-praktik konfrans keçirilib

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Tibb İdarəsinin tibbi profilaktika və ekologiya şöbəsinin təşkilatçılığı ilə “Silahlı qüvvələrdə COVID-19 infeksiyasının dünəni, bu günü və sabahı” mövzusunda terapevtik profilli elmi-praktiki konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransda COVID-19 infeksiyasının diaqnostikası, müalicə prinsipləri və digər mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ordusunda COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sonda COVID-19 infeksiyasına qarşı keçirilən tədbirlərdə fərqlənən həkim və tibb işçilərinə fəxri fərmanlar təqdim edilib.

Xudaferin.eu


 

17:13