Azərbaycanlının kafesinə hücum edən 12 erməni həbsdən buraxıldı...

Moskva məhkəməsi azərbaycanlının kafesinə hücum edən 12 ermənini həbsdən buraxdı...

 Moskvaətrafı Lyubertsı şəhərinin məhkəməsində 12  erməni gəncin tutulması iddiasına baxmış məhkəmə iclası sona çatıb. 

Onlar Lyubetsy şəhərindəki bir azərbaycanlı kafesinə hücum etməkdə ittiham olunurdular.

Vəkil Ruben Kirakosyanın dediyinə görə, istintaq orqanları erməni gənclərinin iğtişaşlarda iştirak etməsinə dair heç bir sübut təqdim etməyib.

Məhkəmə, müstəntiqlərin saxlanma tələbini rədd edərək, erməniləri məhkəmə zalından azad edib. 

Ümumiyyətlə, Moskva məhkəmələri azərbaycanlıların obyektlərinə zərər vermiş ermənilərin əksəriyyətini məhkəmə zalından azad ediblər.(moderator.az)

Xudaferin.eu

22:59