Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişaf tempindən məmnunluq ifadə olunub.

Söhbət zamanı Bakı Şəhər İcra Hakimiyyəti ilə Tbilisi Şəhər Meriyası arasında əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsi məsələsi diqqət mərkəzində olub.

Tərəflər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə bundan sonra da lazımi işlərin görülməsi barədə razılığa gəliblər.

Xudaferin.eu

11:04