Azərbaycanla Baltikyanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələri yeni mərhələyə yüksəlib
Azərbaycan dövləti xarici ölkələrlə əməkdaşlığın genişlənməsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi yönündə ardıcıl addımlar atır. Ayrı-ayrı ölkələrlə dostluq münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin ildən-ilə daha çox dövləti əhatə etməsi Azərbaycanın xarici siyasətinin prioritetləridir.
Bu fikirlər Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudovun Azərbaycanla Baltikyanı ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən məqaləsində öz əksini tapıb. AZƏRTAC məqaləni təqdim edir.
Postsovet respublikaları ilə tarixi əlaqələrin qorunub saxlanması və müstəqil dövlətçilik şəraitində daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli-bərabərhüquqlu əlaqələr yüksək səviyyədə davam etdirilir.
Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin bir müddət bundan əvvəl Baltikyanı ölkələrə səfəri çərçivəsində keçirilmiş görüşlər, aparılmış danışıqlar ölkəmiz üçün mühüm əhəmiyyət daşımaqla bərabər, olduqca səmərəli keçdi. Litva Respublikasına son səfər də siyasi–diplomatik önəminə görə hər iki ölkədə yüksək qiymətləndirildi.
Hər iki ölkənin səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə xalqlarımız arasında dostluq münasibətlərinin məmnunluq doğurduğu diqqətə çatdırılıb. Ölkələr arasında iqtisadi, siyasi, səhiyyə, təhsil, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin Cənubi Qafqazda yaratdığı gerçəkliyin beynəlxalq gərginliyin zəiflədilməsinə, dünyada sülh və əməkdaşlıq mühitinin sağlamlaşdırılmasına ciddi töhfə olduğu qeyd edilib. Ermənistanın özünü məhkum etdiyi məğlubiyyətlə barışmasının, regionda sülh və sabitliyin bərqərar olması üçün götürdüyü öhdəlikləri icra etməsinin zəruriliyi vurğulanıb.
Aparılan danışıqlar zamanı Azərbaycan parlamenti rəhbərinin getdikcə çiçəklənən, tərəqqi edən Azərbaycanın inkişaf yolu barədə verdiyi məlumatları dost Litvanın rəhbər şəxsləri böyük maraqla qarşılayıblar. Milli Məclisinin sədri Sahibə Qafarova bildirib ki, respublikamız ötən illərdə beynəlxalq birliyin maraqlarına və mənafeyinə uyğun bir sıra irimiqyaslı layihələrə imza atıb. Şübhəsiz, bu transmilli layihələrin uğurla gerçəkləşdirilməsi beynəlxalq əməkdaşlığın önəmli yönlərində tərəfdaşlara layiqli dividentlər qazandırır. Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı ölkəmizin səyləri bu istiqamətdə tarixi bir addıma hesablanıb. Bu dəhliz Qafqaz, Xəzər və Qara dəniz ətrafı ölkələrlə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin logistika siyasətində yeni perspektivlər vəd edir. Bu dəhliz vasitəsilə yaradılacaq əlaqələr bir sıra vacib sahələrdə əməkdaşlığın daha da yüksəldilməsinə mühüm təsir göstərəcək.
Yeri gəlmişkən qeyd edək ki, Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. Səfər zamanı dost ölkənin bu ədalətli mövqeyi və xeyirxah münasibəti bir daha qabarıq şəkildə təzahür edib.
İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin təşkil olunmasının böyük əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya bir rəsmi, iki işgüzar səfəri, həmçinin Litva Respublikası Prezidentinin Azərbaycana iki rəsmi və üç işgüzar səfəri tarixi əsaslar üzərində ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmağa xidmət edib. Hər iki ölkə arasında əməkdaşlıq artıq bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, eləcə də humanitar əlaqələrin uğurla davam etdirilməsi səmərəli xarakteri və faydalı nəticələri ilə qarşılıqlı surətdə məmnunluq doğurur. Azərbaycan və Litva arasında, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Respublikamızda müxtəlif millətlərin nümayəndələrinin mehriban şəraitində yaşaması, tolerantlığın Azərbaycan nümunəsi Litvada da diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Latviya ilə də siyasi-diplomatik münasibətlər uğurla davam etdirilir. Qarşılıqlı səfərlər, səmərəli görüşlər ortaq maraqların təmin edilməsinə xidmət göstərir. Qurulmuş səmərəli əlaqələrin nəticəsidir ki, Qarabağ savaşı zamanı Ermənistanın Gəncəyə raket hücumlarının acı nəticələri, eyni zamanda, işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinin yerlə-yeksan edilməsi barədə onların dolğun məlumat və təsəvvürləri var. Ermənistanın barbarlıq, vəhşilik əməlləri sülhsevər ölkələri, xoşməramlı insanları dəhşətə gətirir. Ermənistanla Azərbaycan arasında iki müharibəyə və çoxillik hərbi qarşıdurmaya səbəb olmuş separatçı münaqişənin artıq arxada qalması bu ölkədə də razılıqla qarşılanıb. Latviya Qafqaz regionda yeni reallıq hökm sürməsini, Azərbaycanın sülhə, əmin-amanlığa və regionun gələcək inkişafında maraqlı olmasını yüksək dəyərləndirir.
Azərbaycan nümayəndə heyəti ilə bu ölkədə keçirilən görüşlərdə məlumat verilib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa layihələri reallaşdırılır. Bu torpaqlarda genişmiqyaslı tikinti-quruculuq tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng prosesə bilavasitə özü rəhbərlik edir.
Nümayəndə heyətinin Latviyada keçirdiyi görüşlərdə iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrin səmərəliyinin artırlması diqqət mərkəzində olub. Milli Məclisin sədrinin və nümayəndə heyətinin bu ölkədə yüksək qonaqpərvərlik və hörmətlə qarşılanması, sərgilənən səmimi münasibət ölkəmizə göstərilən ehtiramın və etimadın ifadəsi idi.
Azərbaycanın Estoniya Respublikası ilə dostluq münasibətləri də arzulanan səviyyədədir. Azərbaycan nümayəndə heyətinin Estoniyada keçirdiyi görüşlər, xüsusən ölkə Prezidentinin qəbul zamanı söylədiyi yüksək fikirlər bir daha göstərdi ki, dövlətlərimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Bu da ölkələrin inkişafı üçün əlavə potensial deməkdir. Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycanın Avropa İttifaqı ilə olan münasibətlərini dəstəkləyir və bunu uğurlu addım hesab edir. Eyni zamanda, o, Estoniya ilə Azərbaycan arasında əlaqələrin mühüm istiqamətdə irəliləməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırıb.
İki ölkə arasında COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, investisiya, iqtisadi, siyasi, ticarət, həmçinin digər sahələrdə əməkdaşlığı dərinləşdirmək baxımından əlverişli şərait böyük ümidlər doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının Brüsseldə keçirilən 6-cı Şərq Tərəfdaşlığı Sammitində iştirakı, səfər zamanı keçirdiyi görüşlər Azərbaycan və Avropa ölkələri arasında mövcud münasibətlərin perspektivli olduğunu bir daha təsdiq edib.
Azərbaycan və Estoniya arasında əlaqələrin yüksək səviyyədə olması müxtəlif sahələrdə, həmçinin təhsil, elektron idarəetmə və digər istiqamətlərdə müvəffəqiyyətli layihələrin həyata keçirildiyinə zəmin yaradıb. Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Bu istiqamətdə qanunverici orqanların da rolu danılmazdır və yüksək qiymətləndirilir. Digər dost ölkələr kimi, Estoniya Respublikası da Azərbaycanın ərazi bütövlüyünə dəstək verir və regionda sülhün, təhlükəsizliyin davamlı olmasında maraqlıdır. Prezident İlham Əliyevin Estoniyaya, Estoniyanın dövlət başçısının Azərbaycana səfərləri zamanı prezidentlər tərəfindən imzalanmış birgə bəyannamələr ölkələr arasında gələcək ikitərəfli münasibətlərin geniş inkişafına möhkəm əsaslar yaradıb.
Hazırda hər iki dövlət nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlarını işə salmaqdadır. Baltikyanı ölkələrə qədər uzanan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan nəqliyyat infrastrukturuna böyük maliyyə resursları ayırır.
Hazırda Estoniyada yaşayan azərbaycanlıların dövlətlərimiz arasında əlaqələrin genişlənməsinə fəal şəkildə qoşulması ikitərəfli əlaqələrin inkişaf etməsinə öz töhfəsini verir. Azərbaycanda reallaşdırılan layihələrdə, eyni zamanda, işğaldan azad edilən ərazilərin yenidən qurulmasında Estoniya şirkətləri də iştirak etməkdə maraqlıdırlar.
Beləliklə, Estoniya və Azərbaycan arasında ikitərəfli, o cümlədən, çoxtərəfli münasibətlərin genişlənməsinə təsir edən amillərindən biri də ölkə parlamentləri arasında uğurlu əməkdaşlığın mövcud olmasıdır. Bu isə ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Xudaferin.eu
16:34
Digər xəbərlər