Azərbaycanın Qahirədəki səfirliyi Ukraynadan Misir kurortlarına gəlmiş vətəndaşlarımıza müraciət edib

Azərbaycanın Misirdəki səfirliyi Ukrayna ərazisindən Şarm əl-Şeyx və Hurqada kurort mərkkəzlərinə istirahətə gəlmiş vətəndaşlarımıza müraciət edib.
Səfirliyin konsulluq şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ukraynadan gəlmiş və həmin ölkəyə qayıtmaq imkanı olmayan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün bütün tədbirlər görüləcək. Diplomatik nümayəndəliyimiz onlardan konsulluq şöbəsində fəaliyyət göstərən “qaynar xətt”ə müraciət etməyi xahiş edib.
Oqtay Bayramov

Xudaferin.eu

22:13