Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

Xudaferin.eu

22:47