Azərbaycanın müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb

Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Bəhreyn Krallığı ilə birgə hərbi əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə görülən işlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qonaq Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə həm öz adından, həm də Bəhreyn Kralı adından təbriklərinin çatdırılmasını xahiş edib.

Görüşdə regionda hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə olunub.

Xudaferin.eu

14:06