Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, onlar bu gün Qubadlı və Laçın rayonlarında olacaqlar.
Səfərdə xarici ölkələrin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, hərbi attaşelər və digərləri, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Həmçinin nüfuzlu beynəlxalq media qurumlarının əməkdaşlarının səfərdə iştirakı da təmin olunub.

Xudaferin.eu

13:29