Azərbaycanda zavodlar-şirkətlər nədən bağlanır?

Azərbaycanda investorları ölkəni tərk etməyə başlayıb. Prezident İlham Əliyev icra hakimlərini investorları cəlb etməyi tapşırıb. Ölkə başçısının göstərişləri hələ ki ləng icra olunur. Əvəzində isə daha iki zavod və üç xarici şirkətdən Azərbaycandan gedir. Artıq ölkədə müəssisələrin bir-birinin ardınca bağlanılması prosesləri sürət götürməyə başlayıb. Bunun əsas səbəblərindən biri də devalivasiyanın fəsadlarının aradan qaldırılması istiqmətində hökumətin çevik siyasətinin olmamasıdır. Ona görə də bir yandan özəl sektoru təmsil edən istehsal vasitələri, o biri yandan isə iri ticarət şəbəkələri iflas durumuna düşüblər. Bütün bunlarla yanaşı, dövlət sektorunda da bu proseslər müşahidə olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin 07.10.2016-cı 06Ü saylı əmrinə əsasən Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya - Mexaniki Təmir Zavoduna qoşularaq ləğv olunub.

Bundan əlavə, Böyük Britaniyanın "İvor Promotions LLP" və "Arcotrans LLP" şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. İrlandiyanın "Accenture Ltd." şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib.
Bu faktlar yeni ildən Azərbaycanda iqtisadi vəziyyətin ağırlaşacağından xəbər verir. Ona görə də investorlar perspektiv görmədiyi üçün işini dayandırır. Zavodların bağlanması isə bütün strukturlarda gedən ixtisarların davamıdır. Əlavə xərc tələb edən qurumlar ya ləğv olunur ya da birləşdirilir. Eyni proses “Azərsu” ASC-də də başlayıb.
Dolların bahalaşması da göstərir ki, 2017-ci ilə bədbin bir əhval-ruhiyyə ilə gedilir. Nə xalqın, nə dövlət rəsmilərinin dilində müsbət bir söz eşitmək olar. Neftin ucuzlaşması və manatın dəyərdən düşməsi ölkəni iqtisadi fəlakətin kandarına yaxınlaşdırıb. Bundan sonrası qeyri-müəyyəndir.
Politika.Az-a yazan bir qrup fəhlə dövlət başçısı İlham Əliyevdən kömək istəyib: “Cənab prezident, bizim zavodlar bağlanıb. Hamımız işsiz-gücsüz qalmışıq. Ölkənin bütün təsərrüfatlarını məmurlar yırtıcı kimi dağıdıblar. Elə ki böhran başlayıb, xalqı qurban verirlər. Özləri itkisiz çıxmaq istyirlər. Bizim harayımızı eşidin. Ailələrimizə bir tikə çörək aparmaq üçün gücə-gündüz işləyirdik. Siz iş yerlərinin açılmasını tapşırırsız, Əhmədzadə kimi məmurlar isə bağlayır. Bəs necə olacaq? Biz ac-susuz vəziyyətdə yaşayan neft ölkəsinin kasıb adamlarıyıq. Ümidimiz sizədir”.

Politika.az

08:27