Azərbaycan və Bolqarıstan parlamentləri arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
Martın 30-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Bolqarıstan parlamenti sədrinin müavini xanım Mukaddes Nalbant ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonağı salamlayan Əli Hüseynli Azərbaycanla Bolqarıstan arasında əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir.
Əli Hüseynli diqqətə çatdırıb ki, altıncı çağırış Milli Məclisin fəaliyyət göstərdiyi iki il ərzində pandemiya şəraitinə baxmayaraq, sədr Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq fəaliyyəti xeyli gücləndirilib.
Azərbaycanla Avropa arasında həyata keçirilən enerji layihələrində Bolqarıstanın da mühüm rol oynadığını deyən Əli Hüseynli 44 günlük Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyə və Bolqarıstan parlamentində Xocalı soyqırımına dair sənədin qəbul olunmasına görə təşəkkürünü bildirib. Qonağa məlumat verilib ki, 2020-ci ildə Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etməklə BMT-nin 4 qətnaməsinin icrasını öz gücü ilə yerinə yetirməklə yanaşı, həm də ərazi bütövlüyünü bərpa edib.
Azərbaycanda olmaqdan qürur duyduğunu deyən Bolqarıstan parlamenti sədrinin müavini xanım Mukaddes Nalbant ölkələrimiz və xalqlarımız arasındakı səmimi münasibətlərdən danışıb. O, iki ölkə arasındakı dost münasibətlərin bundan sonra da davam edəcəyinə inamını bildirib.
Söhbət zamanı parlamentlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaq Azərbaycan xalqına, dövlətinə və parlamentinə bundan sonra da tərəqqi və inkişaf arzularını çatdırıb.
Görüşdə Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və Bolqarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov iştirak ediblər.

Xudaferin.eu
21:16
Digər xəbərlər