Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası bütün regiona sülh, əmin-amanlıq və tərəqqi vəd edir
Azərbaycan və Türkiyənin milli tarixlərində olan bütün nüanslar ortaqdır. Bu həqiqəti iki qardaş xalqın ortaq dəyərləri və maraqları təsdiq edir. Dəyərlər və maraqlar elə bir kompleks anlayışdır ki, onlar bir-birindən aralı olduqda inkişaf dinamikasında müəyyən axsamalar ortaya çıxır. Ortaq maraqları isə liderlərin qətiyyətli mövqeyi və siyasi iradə müəyyən edib təminat altına alır. Prezident İlham Əliyevin dediyi kimi dünyada nəinki qardaş, eynisoylu xalqlar və ölkələr var ki, münasibətləri heç də ürəkaçan deyil.
Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasından ötən 31 ildə böyük bir inkişaf yolu keçərək qardaş Türkiyə Respublikası ilə müttəfiqlik səviyyəsinə çatıb. Ötən 31 ildə hər iki ölkənin milli təqvimində yaxşı və çətin günlər xüsusi status alıb. Bu çərçivədə 14 yanvar tarixinin mühüm yeri, tarixi rolu var. Bəli, 1992-ci il yanvarın 14-də Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının təkcə dövlətçilik tarixində deyil, milli mənəvi həyatında da əlamətdar hadisə olmuşdur.
Xüsusilə qeyd etməliyik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Naxçıvan Muxtar Respublikasında siyasi rəhbərliyə gəlməsi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini qısa zaman kəsiyində yeni bir tarixi əsərə çevirdi. Təxminən yetmiş illik ayrılıqdan sonra ortaya çıxan yeni münasibətlərin feyzi və faydası o dövrdə ağır təlatümlər yaşayan Azərbaycanın səmasında ümid işığına çevrilərək inam nuru yaratdı. Ermənistan tərəfindən hərtərəfli blokadaya alınan Naxçıvanın işğal təhlükəsi Heydər Əliyev dühasının təntənəsi ilə aradan qaldırıldı. Dünya liderlərinin, böyük dövlətlərin, analitik mərkəzlərin nəzər, diqqəti Naxçıvana yönəldi. Ulu Öndərin coğrafi baxımdan kiçik olan bu məkanda yaratdığı balanslaşdırıcı siyasət regional və böyük güclərin sağlam rəqabət məkanı oldu. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin ortaq layihəsi olaraq Araz üstündə tikilən “Ümid” körpüsü Azərbaycan və Türkiyənin əbədi qardaşlıq yolunun təməli kimi tarixə vəsiqə qazandı. Daha böyük yollar və körpülər isə hələ qabaqda idi...
Heç zaman unutmayacağımız bir həqiqət var: təcavüzkar Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti ilə ölkənin yenidən xanlıqlara parçalanacağı şayiələrinin kabusa çevrildiyi bir dövrdə qardaş Türkiyə ilə diplomatik münasibətlərin formalaşması Azərbaycan xalqının qəlbində ümid və inam alovlandırdı. Milli və dini birlik, ortaq dəyərlər, tarixi acılar və milli maraqlar fundamental layihələrin ortaya çıxması üçün əsaslı zəmin yaratdı.
Ümummilli lider Heydər Əliyevin dühası ilə həyata vəsiqə qazanan inkişaf strategiyası Azərbaycan və Türkiyənin ortaq milli dəyərinə çevrildi. Həyata keçirilən beynəlxalq statuslu layihələr əsasında birgə inkişaf və ortaq güc təmin olundu. Bütün sahələrində “Bir millət, iki dövlət” anlayışı ilə ortaq inkişaf strategiyasına sahib olan Azərbaycan və Türkiyə qardaşlığı təkcə Qafqaz və Anadolu bölgəsi üçün deyil, Avrasiya coğrafiyasının əhəmiyyətli hissəsinə sülh, sabitlik və inkişaf və tərəqqi vəd edir.
Azərbaycan-Türkiyə münasibətlərinin dinamikasını təhlil edərkən üç mühüm sahəyə diqqət göstərmək mütləqdir. Hərbi əməkdaşlıq, enerji sahəsində ortaq layihələr və informasiya təhlükəsizliyi. Bu sahələrin real göstəricisi aşağıdakı kimidir:
-Bütün qoşun növləri üzrə fasiləsiz olaraq ortaq və dəstəkləyici hərbi təlimlərin keçirilməsi bu sahədəki müttəfiqlik milli müdafiə gücünün təməlidir;
-Türkiyə tarixdə ilk dəfədir ki, enerji daşıyıcıları ilə daxili tələbatını risksiz təmin edir və tranzit nəqletmə imkanları durmadan genişlənir;
-İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa gəldikdə isə müşahidələr göstərir ki, artıq Azərbaycan və Türkiyə media quruluşları bir-birinə aid informasiyaları xarici xəbər bülleteni olaraq yox, məhz daxili informasiya statusu ilə təqdim etməkdədirlər.
Hazırda Azərbaycan-Türkiyə münasibətlərində bütün mənalarda perspektivdə olan məsələ qarşıda duran vəzifələrin qüsursuz icrasıdır. Bu vəzifələrin təməlində isə konseptual olaraq Şuşa Bəyannaməsi dayanır. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi siyasi və diplomatik mənada üç mühüm amili özündə xarakterizə edir. İmza məkanının Qafqazın incisi Şuşada olması, məlum Bəyannamənin tarixi Qars müqaviləsinə əsaslanması və onun tarixinin 15 iyun Azərbaycan Milli Qurtuluş Gününə təsadüf etməsi. Yuxarıda ümumi qaydada “Biz nədən qurtulmuşuq” sualına cavab verdik. Qarşıda duran vəzifələr isə Şuşa Bəyannaməsinin mətnində göstərilən, onillikləri əhatə edəcək fəaliyyət istiqamətdir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, Liderlərin birgə qərarları, polad siyasi iradə iki qardaş ölkənin ortaq maraqlarının təminatçısıdır. İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışı tam təmin etmək; təcavüzkar Ermənistanı işğalçılıq siyasətindən daşınaraq normallaşma prosesinə məcbur etmək, Zəngəzur dəhlizinin açılmasına nail olmaq, birgə media və diaspor fəaliyyətləri ilə ümumi maraqları qorumaq strategiyası Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin otuzuncu ildönümü ən mühüm məsələlər kimi özünü qorumaqdadır.
Azərbaycan Prezidenti İlham Əliyevin böyük səmimiyyətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı 14 yanvar 2022-ci il tarixli mətbuatda deyildiyi kimi: “Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidən qurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”.

Sabir Şahtaxtı
Xudaferin.eu
15:31
Digər xəbərlər