Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr daha da inkişaf edəcək

Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizə ünvanlanmış məktubunu krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullaha təqdim edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin məktubunda iki dost ölkə və xalq arasında əlaqələrin möhkəmlənməsi, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına əminlik ifadə olunub.
Sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri və Azərbaycanın səfiri iki dost ölkə arasında ikitərəfli əlaqələr və onların müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi yollarını müzakirə edib, ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oqtay Bayramov
Xudaferin.eu

23:13