Azərbaycan diplomatı ölkəmizə qarşı səsləndirilən qərəzli iddialara cavab verib

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarında, guya ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovetsayağı təbliğat olduğunu bildirib. Səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır. Səfir “Washington Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından bir ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. “Azərbaycan silahlı qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur”, - deyə səfir qeyd edib.
E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.
Sözügedən məqalə ilə bu internet səhifəsindən tanış olmaq mümkündür.
Eyni zamanda, nüfuzlu “Newsweek” jurnalına ABŞ-dakı prezident seçkilərini şərh edən səfir E.Süleymanov bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdən kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır. Səfir bu xüsusda Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun göstərdiyi təzyiqləri maneçilik törətdiyini bildirib.
Xudaferin.eu

11:41