Azərbaycan Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün töhfəsini əsirgəmir
Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və mövqeyi daha da möhkəmlənir. İlyarım əvvəl Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artmaqdadır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də ölkəmizə rəsmi səfərə gələn dövlət başçılarının görüşləri zamanı da bu məqamların şahidi oluruq. Qarabağın işğaldan azad edilməsindən sonra Şuşada keçirilən tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin də iştirakı ölkəmizlə əməkdaşlığa olan marağın bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Səhər İsmayılova söyləyib.
Politoloq Litva Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə görüşündə və mətbuata birgə bəyanatlarda iki ölkə arasındakı dostluq münasibətlərindən, müxtəlif sahələr üzrə əməkdaşlıqdan bəhs edildiyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı Litvanın Azərbaycanla uzun illər ərzində strateji tərəfdaş olduğunu, uğurlu əməkdaşlıq həyata keçirdiyini, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin səmərəli əlaqələrin mahiyyətini əks etdirdiyini, bu səfərdən sonra isə münasibətlərin yeni səviyyəyə yüksələcəyini bildirib. Dövlətimizin başçısı bu səfəri dostluq və tərəfdaşlıq əlaməti hesab etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Litva və Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən də əməkdaşlığımızın mahiyyətini əks etdirir.
Prezident İlham Əliyevin mətbuata bəyanatındakı bəzi məqamlara münasibət bildirən politoloq deyib ki, dövlətimizin başçısı həm Ermənistana, həm də dünya erməniliyinə bir daha önəmli mesajlar verdi. Artıq dünya birliyi də Ermənistan üzərində tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıları qəbul edir. Bu reallıqlardan biri də ölkəmizin Cənubi Qafqazda sülh və əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasıdır. Artıq ölkəmiz tərəfindən bu istiqamətdə təsirli addımlar atılmaqdadır. Ümumiyyətlə, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Bunu Ermənistan rəhbərliyi də düşünməlidir. Çünki bu ölkənin başqa çıxış yolu qalmayıb. Azərbaycanın qarşıya qoyduğu prioritet vəzifələrdən biri Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyidir. Vətən müharibəsindən sonra bu istiqamətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün imkan yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.
S.İsmayılova vurğulayıb ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. Ölkəmizin təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüququn normalarına uyğundur. Ermənistan bu prinsiplərə sadiqliyini ehtiva edən mövqe nümayiş etdirərsə, o zaman sülh sazişinin imzalanması üçün əsas yaratmış olar. İkinci Qarabağ müharibəsi qurtarandan dərhal sonra Azərbaycan sülh müqaviləsinin bağlanılmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını açıq şəkildə dəstəkləməyə başlayıb. Artıq Ermənistan rəhbərliyi də dərk etməlidir ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Dövlətimizin başçısı, həmçinin deyib ki, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı da razılaşdırılıb ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar .
Ermənistanın bu zəruri məsələyə məsuliyyətsiz mövqeyindən söhbət açan S.İsmayılova deyib: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan mayın 7-11-də sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. Bu, qonşu dövlətlərin torpaqlarını işğal etməyə vərdiş etmiş bir dövlətin sülh müqaviləsindən yayınmasını təsdiqləyən faktlardır”.
Politoloq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Ermənilər torpaqlarımızı işğal altında saxladıqları müddətdə faşizmə xas olan xüsusiyyətlərini gizlətməyərək, həmin əraziləri viran ediblər. O torpaqlarda səfərdə olan diplomatik korpusun nümayəndələri, aparıcı media nümayəndələri, həmçinin beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar. Bu, ermənilərin qəddar və amansız olduqlarını təsdiqləyən daha bir faktdır.
Sonda politoloq vurğulayıb: “Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini Azərbaycan özü yerinə yetirdi”.

Xudaferin.eu
23:18
Digər xəbərlər