Azərbaycan bəstəkarının dünyanı fəth edən əsəri

 

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olanAmsterdam Royal Concertgebouwtərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus “İlahilərlayihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Xüsusilə vurğulamaq lazımdır ki, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə olunub. Beləliklə, “Nasimi Passion” əsəri yaranıb və 35 dəqiqəlik bu möhtəşəm əsərin məşqləri artıq bir neçə aydır ki, Niderland Krallığının simfonik orkestri, xoru və solistləri tərəfindən aparılır.

Layihə çərçivəsində aprelin 28-də Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin videoyazısının təqdimatı olub.

Tədbirdə “Nasimi Passion” əsəri haqqında məlumat verən Xalq Artisti F.Əlizadə seçdiyi mövzudan söz açıb, Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb.

Bildirib ki, əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi əksini tapıb. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib. Konsert zamanı “Nasimi Passion” əsəri Azərbaycan dilində səsləndirilib və sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib. Sonda Niderland Krallığının Kral simfonik orkestrinin təqdimatında səslənən əsərin videoyazısı nümayiş olunub və böyük maraqla qarşılanıb.

Xudaferin.eu

21:21