Azərbaycan-Bosniya və Herseqovina iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə olunub
Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair müzakirələr aparılıb.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkədəki iki inzibati vahiddən biri olan Serb Respublikasının Baş naziri Radovan Vişkoviç və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
Ölkələr arasındakı yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olunan görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb, gələcək əməkdaşlıq potensialından danışılıb.
Görüşdə Azərbaycanın “AzVirt” şirkətinin Serbiya üzrə nümayəndəsi də iştirak edib.

Nihad Budaqov
Xudaferin.eu
15:17
Digər xəbərlər