Aydınlanan cəhalət

 

İşıqlı bir mekanda qaranlığa düşdüm,

Xalıya həsr olunmuş elmi simpozium idi adı,

Bu tragikomediyanı ancaq pərdə pərdə izah etməyə çalışacaqam.

Məkan Muğam mərkəzi,

Tamaşaçılar Xalı araşdiran alimlər,

Müəllif Mədəniyyət Nazirliyi,

Mövzu-"Ənənə və innovasiyalar"

Adından diksindim,sovet zamanında ideoloji elmin bu mövzuya müraciəti tez tez olardı,bir tək innovasiya kəlməsini "müasirlik" yazardılar.

Sonra Xalça müzeyinin rəhbəri bir xanım açılış sözü aldı,adı Şirin idi,

Və uzun uzun bir tarix mühazirəsi başladı,geyimi,dili müasir idi,(ruscanın azərbaycan şivəsi),oxuduğu yazı o qədər köhnə idi ki,"ay xanım bizi nədən bu statistik nağıla qulaq asmağa məcbur edirsən" havası yarandı dinləyicilərdə,

hətta yatan da oldu.

Ara sira arxa fonda şəkillər məruzəçini prezentasiya edən kimi göstərmək cəhdi idi,

innovasiyalardan istifadə edə bilirik bacarığına sevindim,

Sonra

məruzə bitdi və elm başlayacaq deyə

sürəkli alqışlar,

İranlı bir gənc livanda xalça ticarəti ilə məşğul olan Məktəbi familli gəldi səhnəyə,adamın məruzə deyil,təqdimat edəcəyi bəlli oldu.

Müasir- innovativ problem "şəkilləri,yəni slaydları sən çevriə bilməzsən"i adama sən danış,biz slaydını çevirəcəyi diqtə etdi.Əvvəlcə bunu anlamayan Məktəbi "bu bir başqa məktəbdir düşüncəsinə təslim oldu",

Amma bu təslimiyyət onun fikirini təsim etmədi,

siyasi bir dərs keçdi,

siz iranın çox kiçicik bir parçasınız,Xalçada Azərbaycan məktəbləri deyə bir şeylər uydurursunuz,özünüzü yormayın,nə varsa İranındır,siz isə bir satıcı olmusunuz,dedi.

Sürəkli alqışlar.

Fasilə zamanı Kübra xanım,Azərbaycan xalça sənətinin araşdırmaçısı,adama çox gözəl çıxışına görə təşəkkür etdi,bu müdaxilə idi,

Davam edirəm,

İngilis bir araşdırmaçı gəldi,onun da təqdimatında slayd problemi yaşandı,bu yazıq da məcbur oldu ki,

"ay şəkil çevirənlər mənim barmağıma diqqət edin" dedi,

Və ingilis gözü ilə ornament,naxış tariximizə barmaq etməyə çalışdı,etdi də.

Sonra yenə bir qərbli,Talış xalçası adı ilə siyasi termini şəkilləndirməyə Və ona məna axtarmağa başladı ki,

Bizim "Qasımüşağı" mərüzəçisi söz aldı və məqalə oxumağa keçdi,

Mərüzəçi və təqdimat edənlər ənənə və innovasiyanı belə nümayiş etdirdilər,

Sonra,

Sonrası davam edir,yoruldum.işıqlı bir məkanda qaranlığ bilirsinizmi nədən yaranır?

Aydınlaşan cəhalətdən,

qaranlıq otaqda bir neçə adamın ortada nə var sualını xatırlayın,bir budur,deyir,o biri budur deyir,işıq yanarkən ortada olan göründüyü an,söyləyənlərin hər birinin parça olaraq düşündüklərinin olmadığı bəlli olur.

Qopduğumuz keçmişin fikir,məna dünyasını anlamadan qaranlığlarımızı bizə biçilən donlarla bundan artıq tanıya bilməyəcəyik,

Ənənə və müasirlik adı verib cənazəsinə toplandığımız tək xalçamız deyil,

Ağlımızın dəfn mərasimləri mənasını bilmədiyimiz Dəyərlərimizdir,

Allah rəhmət etsin deyib,

Davam edəcəyimiz qədər

Ölüyük.

Yekə yekə kitablar sergilənirdi,foyede.Hər kəa qoltuğuna bu kitablardan vurdu və getdi,

Dünyanın fərqli ölkələrindən gələnlər isə kabab yeməyə getdilər.

Mədəniyyət Nazirliyimiz kabab işini çox gözəl anlayır,

...Olsun

Tamaşa bu gün də davam edəcək....

idrisheyderli.livejournal.com

 

20:07