Anqola diktatoru hakimiyyətdən könüllü imtina etdi
Anqolalılar 38 il ərzində ilk dəfə Jose Eduardo dos Santosu əvəz edəcək yeni prezidentə səs verirlər. Prezident dos Santos 1979-cu ildən etibarən neftlə zəngin Afrika ölkəsinin prezidenti olub. Bakıda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almış Dos Santos bu seçkilərdə iştirak etməkdən imtina edib.
Onun MPLA partiyasını müdafiə naziri Joao Lourenco təmsil edir. Onun əsas rəqibinin isə ölkənin 27 illik vətəndaş müharibəsində MLPA ilə mübarizə aparan Unita-nı təmsil edən İsias Samakuvadır. Jose Eduardo dos Santos Bakıda təhsil alarkən Rusiyada doğulmuş Tatyana Kukanova ilə tanış olub və onunla evlənib. Daha sonra Tatyana ilə boşanıb, lakin cütlüyün qızı İsabel dos Santos Afrikanın ən varlı qadını sayılır.
Bu ölkədə 38 il sonra ilk dəfə yeni prezident seçildi
Anqolada prezident seçkilərinin qəti olmayan nəticələrinə əsasən Joao Lourenço irəlidədir. Mövcud Prezident Joze Eduardo Dos Santosun dəstəklədiyi namizəd Lourenço səslərin 61.1 faizini toplayıb. Afrikanın mühüm neft ölkələrindən olan Anqolada seçkini bu qədər əhəmiyyətli edən isə 38 ildir ki, kürsüdə olan Dos Santosun namizəd olmamasıdır. Fransa Sosial Demokrat Partiyasının müşahidəçisi Luis Vales seçkinin hadisəsiz şəkildə keçdiyini vurğulayıb. Müşahidəçi Luis açıqlamasında "14 yerdə seçki məntəqəsi əməkdaşlarından aldığımız məlumatlara görə, əhəmiyyətli bir problem olmayıb, bu sevindirici bir hadisədir", - deyib. Keçirilən seçkidən sonrası xalqın yeni prezidentindən gözləntisi iqtisadi rifahın artması istiqamətindədir. Səs sayma prosesi zamanı partiyalar xəta baş verməməsi üçün cib telefonları ilə sayımı anban qeydə alıb.

Rakurs TV
09:22
Digər xəbərlər