Ankarada Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputat Musa Qasımlı tədbirdə iştirak etmək üçün oktyabrın 29-dan 31-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

Tədbirdə bir əsr bundan əvvəl Qars müqaviləsini imzalamış dövlətlərin akademikləri, tanınmış elm adamları, sahə mütəxəssisləri iştirak edəcəklər.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı tədbirdə “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair” mövzusunda məruzə ilə çıxış edəcək.

Xudaferin.eu

16:39