AMİP lideri Etibar Məmmədovun Türkiyədəki işgüzar səfərləri davam edir

AMİP (Azərbaycan Milli İstiqlal Partiyası) sədri Etibar Məmmədov qardaş Türkiyədə işgüzar səfərini davam etdirir. AMİP-in mətbuat xidmətindən XUDAFERİN.EU saytına verilən məlumata görə, partiya lideri Etibar Məmmədov Türkiyəyə səfər çərçivəsində o, qardaş ölkənin siyasi və ictimai təşkilatlarının rəhbərləri ilə bir sıra gorüşlər keçirməyə başlamışdır. Ötən gün AMİP lideri Etibar Məmmədov paytaxt Ankarada MHP genel başkan yardımçısı və Türkiyə Böyük Millət Məclisinə Antalyadan millət vəkili seçilmiş doktor Mehmet Günalla səmərli görüşlər keçirmişdir. Görüş zamanı qardaş ölkədə baş verən son olaylar zamanı Azərbaycanın bütün siyasi və ictimai qurumlarının Türkiyə dövlətinin yanında olduğunu  bildirmişdir. Eyni zamanda hər iki ölkənin siyasi və ictimai qurumları arasında münasibətlərin daha üstün səviyyədə inkişaf etməsinin perspektivləri haqqında fikir müdafiləsi aparılmışdır.

AMİP-in mətbuat xidmətinin verdiyi açıqlamaya görə, partiya lideri Etibar Məmmədovun Türkiyə səfəri çərçivəsində qardaş ölkənin digər qurumları ilə də görüşlər çeçirirləcəkdir. Son illər ərzində Qafqaz və Orta Doğuda, Türk Dünyası və Dünya çapında baş verən kataklizmaların dəf edilməsində Türkiyə və Azərbaycanın müştərək iradə göstərməsinin, yeni dünya anlayışları içində birgə strateji əlaqələrin müzakirələri də səfər proqramına daxildir.     

Xudaferin.eu

12:46