AKADEMİK İSA HƏBİBBƏYLİ

Akademik İsa Həbibbəyli
Azərbaycanın görkəmli elm xadimlərindən olan İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur.
Filologiya elmləri doktoru, professor İsa Həbibbəyli Atatürk Kültür, Dil və Tarix Qurumunun , Azərbaycan Yazıçılar Birliyinin , Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.
O , əsil alim kimi eln və həyat təcrübəsi toplamaq məqsədiylə əmək fəaliyyətinə 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim olaraq başlamışdır . 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ,
III, IV və V çağırış Azərbaycan Milli Məclisinin , Hal-hazırda isə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır .
Akademik İsa Həbibbəyli AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında ( 1974 - 1978 ) "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almışdır . "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" mövzusunda namizədlik (1980) , "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək (1996). Filologiya elmləri doktoru adını qazanmışdır . 1997 ci ildən professordur .
2001-ci ildə AMEA-nın müxbir üzvü , 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. O , eyni zamanda 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.
2006-cı ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının , 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.
89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.
Akademik İsa Həbibzadə 29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olmuşdur.
12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir.
Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur.
Tədqiqat sahəsi əsasən Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir.
ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustan və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmiş , dövlətimizi ləyaqətlə təmsil etmişdir .
Akademik İsa Həbibbəyli Milli Elmlər Akadaemiyasının vitse - prezidenti və Millət Vəkili kimi bu gün də Azərvaycanda elmin , təhsilin və Dövlət idarəetməsinin inkişafında
nümunəvi xidmətini davam etdirir .
Onunla fəxr edir və Görkəmli alumimiz Akademik İsa Həbibbəyliyə möhkəm Can sağlığı , fəaliyyətində yeni - yeni. uğurlar arzulayırıq .
Materialı hazırladı : Qəvami Sadıqbəyli , Jurnalist - politoloq , Avropada " Azərbaycanın Dostları " Cəmiyyətinin Nümayəndəsi
Xudaferin.eu

23:32