ADR Hərəkatının ötən il hökumətə təkliflərindən 12-i qəbul edilib
Bu barədə ADR (Azərbaycan Demokratiya və Rifah) Hərəkatının lideri Qubad İbadoğlu verdiyi açıqlamasında bildirib. O daha sonra əlavə edib ki, ötən il hökümətə təqdim etdiyi 64 təklifdən 12-i müxtəlif proqram və fərmanlara daxil edilib. Lakin, bu təklfilər nə vaxtında və nə də sistemli şəkildə icraya yönəldilməyib. Belə ki, 2016-cı ilin yanvarın 31-də ADR Hərəkatının Ali Məclisinin qəbul etdiyi Azərbaycanın firavan gələcəyi naminə "İqtisadiyyatda Əsas və Təxirəsalınmaz Tədbirlər Paketi"ndə yer alan böhran əleyhinə 8 istiqamətdə 64 addım Planında nəzərdə tutulan aşağıdakı təkliflər ötən il ərzində hökümətin müxtəlif proqram və fərmanlara daxil edilib .
3.2. Dövlət Neft Fondunun daxili bazara yönəlik xərcləmələrinin valyuta birjasında hərraclar vasitəsilə manata transformasiyası,
3.6. Bankların birləşməsi yolu ilə onların konsolidasiyası və sağlamlaşdırılması siyasətinin davam etdirilməsi,
3.8. Sərbəst dönərli valyuta üzrə açıq valyuta mövqeyinin artırılması,
3.9.Nagdız hesablaşmaların və on-line bank hesablaşmalarının stimullaşdırılması,
4.1. Ümumi vergi amnistsiyasının verilməsi,
4.3. Vergi idarəçiliyinin təkmilləşdirilməsi, vergi odəyicilərinin hüquqlarının artırılması, 4.4. Patent vergi sisteminin tətbiqi,
5.2. Sahibkarları müasir bazar konyukturasında rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətlərinin genişləndirilməsi,
5.3. Xarici bazarlara mal və xidmət çıxarmaq imkanlarına malik olan sahibkarlar üçün stimullaşdırıci ixracat Planının hazırlanması və onların xaricdəki tanıtım fəaliyyətlərinə, yatırımlarına görə dövlətin dəstəyinin göstərilməsi,
5.9.Xarici investorların cəlb edilməsi məqsədilə viza siyasətinin liberallaşdırılması,
6.6. Birbaşa ixraca yönəlmiş sənaye sahələrinin stimullaşdırılması,
8.3. Strateji valyuta ehtiyatlarından istifadə üzrə fiskal qaydaların qəbulu.
Qeyd edəm ki, təqdim olunan Paket kompleks şəklində qəbul olunmayıb, eyni zamanda yuxarıda sadalanan ayrı-ayrı təkliflərimiz də vaxtında və sistemli şəkildə icraya yönəldilməyib.

Xudaferin.eu
10:57
Digər xəbərlər