ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan günü elan edib

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Xudaferin.eu AZƏRTAC-a istinadən verilən məlumata görə, bəyanatda Minnesotada yaşayan azərbaycanlıların ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdə olduqları qeyd edilir.
Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

Xudferin.eu

18:10