ABŞ Konqresinin üzvü Xocalı soyqırımının ildönümü münasibətilə bəyanat verib

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, ABŞ-ın Arizona ştatını təmsil edən Pol Qosar Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Konqres üzvü daha bir kədərli tarixin yad edildiyini, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı faciəsindən 30 il ötdüyünü bildirib. O, bu tarixi faciəni tanıdığını və həyatını itirənləri andığını bəyan edib.
P.Qosar keçmiş SSRİ-nin dağılmasından sonra yaranmış Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı faciəvi hadisənin qeydə alındığını, Xocalı şəhərində 613 mülki əhalinin qətlə yetirildiyini bildirib.
Konqres üzvü qeyd edib ki, baş verənlərin dəyişdirilməsi mümkün deyil, lakin qurbanların xatirəsini yad etmək və bütün dünyaya mülki əhalinin hədəfə alınmasının heç zaman qəbul edilməyəcəyini xatırlatmaq mümkündür. Konqres üzvü ABŞ-ın bir daha eyni taleyi başqalarının yaşamaması naminə Xocalıda həyatını itirənlərin xatirəsini yad etdiyini və sülhün tərəfdarı olduğunu bildirib.
Sonda Konqres üzvü Xocalı qurbanlarının hər zaman ürəklərdə yaşayacaqlarını vurğulayıb.

Xudaferin.eu

22:17