1700-ə yaxın şirkət Kataloniyanı tərk edib

 

Bu günədək 1681 şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edərək İspaniyanın digər bölgələrinə üz tutub. Bu barədə “La Vanguardia” qəzeti xəbər verib.

 

Məlumata görə, oktyabrın 2-dən başlayan işgüzar dairələrin axını bu günədək davam edir. Oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.
 

Barselonanın meri Kataloniya parlamentinin qərarını tanımır
 

Bu arada Barselona şəhərinin meri Ada Kolao və onun təmsilçisi olduğu “Barcelona en Comu” partiyası Kataloniya parlamentinin müstəqillik haqqında qərarını tanımır. Ada Kolao mərkəzi hökumət tərəfindən konstitusiyanın 155-ci maddəsinin tətbiqini də tənqid edib. Xanım mer hesab edir ki, tərəflər münaqişəni danışıqlar yolu ilə həll etməlidirlər. Vəziyyətin bu qədər gərginləşməsində hər iki tərəf günahkardır.

Xudaferin.eu
“Avropa Bürosu”

09:51