Zəngin iş adamı fermada onunla yaşayacaq 10 nəfər axtarır

Yeni Zelandiyada yaşayan zəngin bir iş adamı Şimal Adasında inşa etdirdiyi və "cənnət" adlandırdığı fermasında özü ilə birlikdə yaşayacaq 10 nəfəri tapmaq üçün elan verib. Zəngin adamın tək şərti isə fermaya gələcək şəxslərin yaşının 70 yaşdan çox olmamasıdır. 
 
Buzlu qəhvə işi ilə məşğul olaraq sərvət qazanan adam fermada bir axır olduğunu və orada yaşayacaq şəxslərin istəsələr fermaya at gətirə biləcəklərini də söyləyib. 
 
Qeyd edək ki, alman vətəndaşı Karl Reipen 2000-ci ildə Yeni Zelandiyaya səfər etdiyi zaman sözügedən fermanı almağa qərar verdiyini və bu qərarın onun uşaqlıq arzusu olduğunu deyib.
 
xudaferin.eu

17:35