Ukraynada koronavirusa rekord yoluxma qeydə alınıb

Son sutka ərzində Ukraynada 18 min 132 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan ən yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma Lvov, Odessa və Dnepropetrovsk vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 4826-sı xəstəxanaya yerləşdirilib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, ötən sutkada Ukraynada 326 nəfər bu xəstəlikdən həyatını itirib.
Martın 25-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 614 min 707 yoluxma faktı təsdiqlənib, 1 milyon 290 min 158 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 31 min 461 nəfərdir.
Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün karantin rejimini sərtləşdirib.
Emil Hüseynli

Xudaferin.eu

13:27