Yeddi günün nəticələri açıqlandı - “Mehmetcik”dən AĞIR ZƏRBƏ

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında PYD terrorçularına ağır zərbələr vurmaqda davam edir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahından verilən məlumata görə, bu günə qədər 343 terrorçu öldürülüb.

Əməliyyatın 7-ci günündə 13 döyüş təyyarəsi ilə terrorçulara aid 23 hədəf məhv edilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.

Ömər Dağlı
publika.az

12:21