“Yaradıcılıq emalatxanası – 2″ düşərgəsi

 

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələr üzrə yaşı 18-23 olan gəncləri “Yaradıcılıq emalatxanası – 2″ düşərgəsində iştirak etməyə dəvət edir!
 

Düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar – kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

Keçirilmə yeri: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi

Keçirilmə vaxtı: 10-20 iyul 2017-ci il

Hicran Məmmədova
Gəncə

 

09:19