VII əl işləri festivalı öz işinə başlayıb

 

Aprelin 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində VII əl işləri festivalı öz işinə başlayıb. Festival çərçivəsində “Təxəyyülün gücü” adlı sərgi açılıb.

Sərgidə “Bəzək” yaradıcı gənclər birliyinin və Bakı Keramika Mərkəzinin, eləcə də digər yaradıcı kollektivlərin təqdim etdiyi əl işləri maraqla qarşılanıb. Tədbirin təşkilatçısı Təranə Cəfərova festivalda 65 iştirakçının 1500-dən çox əl işinin nümayiş olunduğunu söyləyib. Keramika sənəti, toxuculuq nümunələri, bəzək əşyaları, rəngli boya ilə çəkilmiş tablolar, şüşə üzərində əl işlərini festival iştirakçıları maraqla qarsalayıblar. Festival çərçivəsində Bakı Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədov maraqlananlar üçün ustad dərsi keçib. Festival 2 gün davam edəcək.
Qeyd edək ki, Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin əsas fəaliyyət sahələrindən biri də iki ölkə arasında mədəni əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi və eyni zamanda bu prosesin dərinləşməsi üçün çalışır. Mütəmadi olaraq sərgilərin təşkili, sənət adamlarının öz əsərlərini nümayiş etdirməsi üçün imkanların yaradılması, həm də dünyada mövcud olan estetik baxışların tərcümanına çevrilmək deməkdir.

Xudaferin.eu

 

20:43