Üzeyir Hacıbəylinin ev-muzeyində “1920-1950-ci illərdə repressiyalar” mövzusunda tədbir keçirilib

 

Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “1920-1950-ci illərdə repressiyalar” mövzusunda tədbir keçirilib. Hüseyn Cavidin ev-muzeyi ilə birgə təşkil olunan tədbirdə bu günün əhəmiyyətindən söz açılıb.

Üzeyir Hacıbəylinin ev-muzeyindən bildirilib ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, bəstəkar, əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov açaraq həmin illərdə baş verən hadisələrdən və dahi şair-dramaturq Hüseyn Cavid və onun ailəsinin başına gələn müsibətlərdən söz açıb. O, Üzeyir bəyin sevimli tələbəsi Ərtoğrol Cavidi yad edərək onun yüksək istedadından, əsərlərindən danışıb.

Tədbirdə çıxış edən digər natiqlər də Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən və H.Cavid ailəsinin başına gətirilən müsibətlərdən söz açıblar. Sonda Ərtoğrol Cavidin əsərlərindən ibarət videomaterial nümayiş olunub.

Xudaferin.eu

09:44