Ukraynada atəşkəs hər gün pozulur - BMT

Ukraynada atəşkəsin gündəlik qaydada pozulması daha çox sayda mülki vətəndaşların ölümünə və nsan haqları ilə bağlı vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir.

Bildirilir ki, hökumət qüvvələri ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında döyüşlərin şiddətlənməsi avqustun 16-dan noyabrın 15-dək müddətdə 15 mülkinin ölümünə və daha 72 nəfərin yaralanmasına səbəb olub.

Ümumilikdə isə 2014-cü ildə münaqişə başlanandan bəri Ukraynada 2818 mülki sakin həlak olub və 9 minədək insan xəsarət alıb.

Xudaferin.eu

18:54