Ukrayna Avropa İttifaqından 600 milyon avro alacaq

 

Avropa İttifaqının (Aİ) makromaliyyə köməyinin 600 milyon avroluq üçüncü tranşını almaq üçün Ukrayna bir sıra şərtləri yerinə yetirməlidir, o cümlədən, meşə xammal-materialının ixracına qoyulmuş qadağanı aradan götürməlidir.

Bu barədə Avroittifaq hökumətinin başçısı Hyuq Minqarelli bəyan edib. «Əgər Ukrayna meşə xammalının ixracına qoyduğu qadağanı aradan götürməsə, 600 milyon avro – makromaliyyə köməyinin üçüncü tranşı itiriləcək. Qərar ilin sonuna qədər qəbul olunacaq, siz pulları ilin əvvəlində alacaqsınız. Amma yenə də hələlik korrupsiya ilə mübarizə, köçkünlər üçün sosial ödənişlər sferasında, ticarət, energetika sahəsinə aid 6-7 şərt ödənilməmiş qalır. Əgər belə qalsa, pulu ala blməyəcəksiniz» – deyə, Minqarelli bəyan edib.

2015-ci ildə Aİ Ukraynaya kredit köməyinin 1,8 milyard avroluq yeni paketini təklif edib. Bu proqram çərçivəsində Ukrayna 600 milyon avro alıb, amma növbəti kredit tranşlarının ayrılması Ali Rada tərəfindən vacib qanun layihələrinin (meşə-xammalı materialının ixracına qoyulmuş qadağanın aradan qaldırılmasına və köçkünlərin dəstəklənməsinə aid) qəbul edilməsinə qədər dayandırılıb. 2016-cı ildə Ukrayna Aİ-dan kredit tranşı almayıb. 2017-ci ilin aprelində Aİ makromaliyyə köməyinin 600 milyoluq ikinci tranşını təqdim edib.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu”

09:43