Türkiyədə Qarabağ parkı

 

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasya) və Pursaqlar bələdiyyəsinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə Ankarada Pursaqlar bələdiyyəsində Qarabağ parkı açılıb. Parkın açılışında qardaş ölkənin tanınmış siyasi-ictimai xadimləri yanaşı, yüzlərlə insan iştirak edib.

Açılışı giriş sözü ilə açılan Pursaqlar bələdiyyəsinin başqanı Çelçuk Çetin söz verdikləri kimi Qarabağ parkının açılışını etməkdən məmunluğunu ifadə edib. Türkiyənin sabiq baş nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı professor Emruhallah İşlər beynəlxalq aləmin Qarabağ məsələsinə qarşı diqqətsizliyindən söz açıb.

Azərbaycan Milli Məclisinin üzvü, professor Elman Nəsirov bu gün tarixi hadisəyə imza atıldığını qeyd edib. İraq parlamentinin sabiq deputatı Fevzi Ekrem Terzioğlu açılışın Türk Dünyası üçün mühum önəm kəsb etdiyini diqqətə çatdırıb. Qarabağ məsələsinin həllində türk gəncliyinin üzərinə böyük məsuliyyət düşdüyünü və onların prosesdə fəal olmasına cağırıb. Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren işğalçı Ermənistanın Qarabağda işğal siyasətinə son verənə qədər mübarizənin sona qədər davam edəcəyini vurğulayıb.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:42