Türkiyədə polisin yaradılmasının 174-cü ildönümü qeyd edilir

Aprelin 10-da Türkiyə polisinin yaradılmasının 174-cü ildönümü qardaş ölkədə geniş qeyd olunur.

Xudaferin.eu xəbər verir ki, 174 il əvvəl - 1845-ci il aprelin 10-da “Polis Nizamnaməsi”nin qəbul edilməsi ilə Türkiyə polisi rəsmən fəaliyyətə başlayıb.

Ötən ilin statistik göstəricilərinə əsasən, Türkiyənin polis təşkilatının sıralarında 292 min 208 əməkdaş çalışır. Onların 276 min 94-ü təhlükəsizlik xidmətlərində, 16 min 114-ü isə digər sahələrdə fəaliyyət göstərir.

Ölkədə asayişin təmin olunmasında fasiləsiz xidmət aparan qurumun əməkdaşlarının 93 faizi kişilər, 7 faizi isə qadınlardan ibarətdir.

Ötən il ölkədə 15 min 333 nəfər polis orqanlarına xidmətə daxil olub.

Xudaferin.eu

16:58