Türkiyə küçələrindən birinə Qarabağ qazisi İbad Hüseynlinin adı verildi

 

Sözügedən küçə Kirşəhər ərazisindədir. Advermə törənində qazinin özü ilə yanaşı, əski millət vəkili Yalçın Topçu da iştirak edib.

 

Məlumata görə, dünən Yalçın Topçu açılışın baş tutduğu Kirşəhərə gələrək bəzi məkanları ziyarət edib. İlk olaraq Kirşəhər valiliyinə baş çəkən Yalçın Topçu şəhər valisi Necati Şəntürklə görüşüb. Daha sonra o, Kent Park adlanan ərazinin qərbindəki 9 metr enində olan küçəyə Qarabağ müharibəsi iştirakçısı İbad Hüseynlinin adının verilməsi törəninə qatılıb. Kirşəhər Bələdiyyəsinin təşəbbüsüylə baş tutan bu tədbirdə Azərbaycan və Türkiyənin qardaşlığından söz açılıb və bunun iki qardaş dövlətin münasibətlərinin daha da möhkəmlənməsi yönündə atılan uğurlu addım olduğu qeyd edilib. Olayı işıqlandıran Türkiyə mətbuatı İbad Hüseynli haqda ətraflı məlumat yayıb. Məlumatda bildirilib ki, İbad Hüseynli Qarabağ savaşında böyük qəhrəmanlıqlar göstərmiş könüllü döyüşçülərdəndir. Onun düzənlədiyi hərbi əməliyyatlarda Qarabağdakı erməni ordusunun komandiri və erməni terrorçu Monte Melkoyanın zərərsizləşdirib. O, Qarabağ müharibəsindəki göstərdiyi şücaətə görə “Azərbaycan bayrağı medalı” ilə təltif olunub.

Altunay
Hurriyyet.org

 

10:01