Türk Dünyası Sənədli Filmlər Festivalı

İstanbulda Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantı keçirilib. Festivala Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Quzey Kıprısdan təmsilçilər qatılıblar. Dünya Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə təşkil olunan törəndə bildirilib ki, Türk xalqlarının daşıdıqları dəyərlər demək olar vahid təbiətə malikdir. Bu tədbirlər xalqların bir-birinə daha sıx şəkildə yaxınlaşması, ortaq maraq və mənafelərin dünyaya çatdırılması baxımından son dərəcə vacibdir. Qarşılıqlı əməkdaşlıq Türk xalqlarının qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir. Dünya Jurnalistlər Federasiyası da Türk Dünyası Sənədli Filmlər Festivalını təşkil etməklə ortaq Türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyasını hədəf seçib.

Toplantıda digər çıxış edənlər də Türk Dünyası Sənədli Filmlər Festivalını zəruri edən məqamlara toxunublar. Bildiriblər ki, müxtəlif vaxtlarda türklərin tarixi saxtalaşdırılıb, türk milli kimliyi məsələsi şübhə altına alınıb, türklərin assimilyasiya prosesləri geniş vüsət alıb. Bu kimi mənfi proseslərin təkrarlanmaması üçün mənəvi müqavimət formalaşdırmaq lazımdır. Türk Dünyası Sənədli Filmlər Festivalı tarixdəki bu müqaviməti formalaşdırmaq əzmində olan təşəbbüsdür və bu təşəbbüsün davamlılığı şərtdir.

Xudaferin.eu

16:45