Trampın xüsusi nümayəndəsi: Mosul uğrunda döyüşlər finala yaxınlaşır

 

ABŞ Prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk Mosul uğrunda döyüşlərin yekun mərhələyə qədəm qoyduğunu bəyan edib.

İraqın başkəndi Bağdadda səfərdə olan xüsusi nümayəndə Associated Press agentliyinə müsahibəsində İraq qüvvələrinin ikinci dünya müharibəsindən bəri ən mürəkkəb şəhər döyüşlərində İŞİD-i “tam məğlubiyyətə uğratdığını” deyib.

İraq qoşunları kürd könüllülərinin və ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın dəstəyi ilə ötən ilin oktyabrında İŞİD-in bu ölkədə əsas və son dayaq məntəqəsi olan Mosulun azad edilməsi üçün əməliyyata başlayıb. Yanvar ayında hökumət qüvvələri şəhərin şərq hissəsini terrorçulardan təmizləyərək fevralda qərbi Mosul istiqamətində hücuma keçib. Mühasirəyə alınmış köhnə şəhərdə terrorçuların 200 mindən çox mülki əhalini girov saxladıqları ehtimal olunur. “Rudau” kürd telekanalının məlumatına görə, hazırda İŞİD-in nəzarətində Mosulun yalnız 10 faizi qalıb.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:25