Trampa görə milyardlar itirdilər - Zukerberq, Geyts ...

 

Mayın 17-də dünyanın ən zəngin 500 adamı (Top-500) ABŞ-da prezident Donald Tramp ətrafındakı siyasi qalmaqalla əlaqədar 35 milyard dollar itirib. Bu barədə “Bloomberg” məlumat yayıb.
 

ABŞ fond birjalarında indekslər son 8 ayın ən aşağı səviyyəsinə düşüb. Texnoloji sahədə fəaliyyət göstərən şirkətlərdən “Microsoft”un səhmlərinin dəyəri 2,8% azalıb, korporasiyanın rəhbəri Bill Geyts 1 milyard dollar itirib. “Amazon”un səhmləri 2,2% ucuzlaşıb, şirkətin yaradıcısı Ceff Bezos 1,7 milyard dollar itirib.

“Top-500”də ən çox pul itirən “Facebook”un qurucusu Mark Zukerberq olub. Sosial şəbəkənin səhmləri 3,3% ucuzlaşıb, nəticədə Zukerberq 2 milyard dollar itkiyə məruz qalıb. Valyuta analitiki Li Hardmanın fikrincə, indekslərin düşməsi onu göstərir ki, Tramp administrasiyası ABŞ-da ciddi iqtisadi artımı təmin edə bilməyəcək. ABŞ fond birjalarındakı vəziyyət Avropa və Asiya indekslərinə də mənfi təsir edib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:47